"Çelsi"ni "Vest Hem"ə dəyişdi

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Çelsi”dən Kurt Zumanı transfer edib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
“Vest Hem” bu keçidə görə "zadəganlar"a 35 milyon avro ödəyəcək.
 
23 yaşlı Zuma Fransa millisində 8 oyuna çıxaraq 1 qol vurub.