"Çelsi"nin forvardını "Mançester Yunayted" istəyir

"Çelsi"nin ingiltərəli forvardı Nikolas Cekson "Mançester Yunayted"ə keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda futbol jurnalisti Poul Hirts məlumat yayıb.

24 yaşlı futbolçu daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.

Bu səbəbdən futbolçu "Mançester Yunayted" klubununda gələcək təklifə müsbət cavab verəcək.

Qeyd edək ki, Nikolas Cekson "Çelsi"yə 2023-cü ilin yayında "Vilyareal"dan 37 milyon avro qarşılığında transfer olunmuşdu.