"Çelsi"nin sabiq futbolçusu "Kluj"da
"Vest Hem Yunayted"dən azad agent kimi ayrılan Kurt Zuma karyerasını Ruminya çempionatında davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Kluj" yeni futbolçusu ilə 2 illik müqavilə bağlayıb.
Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Zumanın dəyəri 10 milyon avrodur.