Çempion ilk matçda darmadağın oldu

"Lill" Fransa çempionatında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, son çempion 2-ci turda doğma meydanda "Nitsa" ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

"Lill" - "Nitsa" - 0:4
Qollar: Dolberq, 1, 64, Boudaoui, 5, Qouiri, 45+4-pen

Qeyd edək ki, "Nitsa" hazırda 4 xalla 1-ci, "Lill" 1 xalla 16-cıdır.

Xatırladaq ki, "Lill"də Türkiyə millisinin üzvləri Burak Yılmaz, Yusuf Yazıcı, Zeki Çelik çıxış edir.