Çempiondan yeni müqavilə
"Mançester Siti" qapıçısı Ederson müqavilənin müddətini uzadıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı qolkiperlə 5 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Ederson 2017-ci ildən Mançster təmsilçisində oynayır. O, indiyə kimi meydana çıxdığı 195 matçın 95-də qapısını toxunulmaz saxlayıb.