Çempionlar Liqası: Mahirin komandası pley-offa yüksələ biləcək?

Bu gün millimizin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi "Legiya" Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Sportline.az xəbər verir ki, Varşava təmsilçisi 3-cü təsnifat mərhələsində ilk oyunda səfərdə 1:1 hesablı heç-heçə etdiyi Zaqreb "Dinamo"su ilə evdə üz-üzə  gələcək.  Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Çempionlar Liqası,  3-cü təsnifat mərhələsi, cavab oyunu

10 avqust


23:00. "Legiya" (Polşa, Varşava) - "Dinamo" (Xorvatiya, Zaqreb)
ilk matç - 1:1