Çempionlar Liqası: "Neftçi" "Olimpiakos"a uduzub Avropa Liqasına yollandı
"Neftçi" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Bakı klubu evdə "Olimpiakos"u (Yunanıstan) qəbul edib və 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu komandalar arasında Yunanıstanda oynanılan ilk görüşdə "Neftçi" 0:1 hesabı ilə uduzub.
Xatırladaq ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) görüşəcək.
28 iyul
20:00. "Neftçi" - "Olimpiakos" 0:1
Qol: Giorgios Masuras, 15
"Bakcell Arena"
İlk oyun - 0:1
Hakimlər: Rikardo de Burqos, Roberto del Palomar, Yon Nunyes, Adrian Kordero (İspaniya)