Çempionlar Liqası: "Neftçi" "Olimpiakos"a uduzdu

Bu gün "Neftçi" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Yunanıstanın Pirey şəhərində keçirilən görüşdə rəqib "Olimpiakos" olub.

"Neftçi" Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayıb. "Ağ-qaralar" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayıb.

Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

23:00. "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) 1:0

Qol: Kamara, 29

Hakimlər: Joao Pinyeyru, Tyaqu Koşta, Pedru Ribeyru, Qustavo Fernandes Korreya (hamısı Portuqaliya)

Pirey, "Georgios Karaiskakis" stadionu.