Çempionlar Liqasında ilk dəfə
"Yuventus" və "Real" komandaları arasında oynanılacaq final görüşü Çempionlar Liqasının tarixinə düşəcək. SportLine.az xəbər verir ki, matç üstüqapalı stadionda oynanılan ilk final oyunu olacaq.
Uels Futbol Federasiyası təhlükəsizliyin təmin olunması məqsədi ilə stadionun üstünü örtəcək.
Qeyd edək ki, final matçı iyunun 3-də Kardiffin "Millenium" stadionunda keçiriləcək.