“Çikaqo Bullz” “Minnesota”nı məğlub etdi
Mövsüm öncəsi yoxlama matçında qarşılaşan “Çikaqo Bullz” və “Minnesota Timbervulvs” komandalarının dueli maraqlı anlara səhnə olub.
Sportline.az xəbər verir ki, gərgin matçda qalib tərəf “Çikaqo” basketbolçuları olub. 125:123.
Matçın ən məhsuldar basketbolçusu “Çikaqo”nun oyunçusu Kobi Vayt olub. 23 xal 2 ribaund 4 asist.
“Minnesota”nın ən məhsuldar oyunçusu isə Coş Minot olub. 18 xal 3 ribaund
Qeyd edək ki, “Çikaqo Bullz”un ulduz basketbolçusu Zek Lavin 30 dəqiqə meydanda olub. 19 xal 5 ribaund 4 asistlə yadda qalıb.