“Çikaqo Bullz”dan əzimkar qələbə

Yoxlama matçında “Çikaqo Bullz” öz meydanında “Klevlend Kavaliers”lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, gərgin keçən matçda “Çikaqo Bullz” rəqibini 139:137 hesabı ilə məğlub edib.

Matçın ən məhsuldar basketbolçusu “Klevlend”in oyunçusu Cerret Allen olub. 25 xal 16 ribaund 2 asist.

“Çikaqo Bullz”un ən məhsuldar oyunçusu isə Ayo Dosunmu olub. 19 xal 3 ribaund 3 asist.

Qeyd edək ki, “Çikaqo Bullz”un ulduz basketbolçusu Zek Lavin 28 dəqiqə meydanda qalıb. 18 xal 6 ribaund 3 asist.