ÇL-də həftənin ən gözəl qolu

Çempionlar Liqasının qrup mərhələsində III turun ən gözəl qolu müəyyənləşib. Sportline.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən sorğunun nəticələrinə əsasən, "Roma”nın hücumçusu Edin Cekonun "Çelsi” ilə görüşün 64-cü dəqiqəsində vurduğu qol ən yaxşı seçilib.