ÇL: Mövsümün ən yaxşı qolu müəyyənləşdi

Çempionlar Liqasında ötən mövsümün ən yaxşı qolu bəlli olub. SportLine.az xəbər verir ki, UEFA-nın rəsmi saytında aparılan sorğu nəticəsində "Beşiktaş"ın futbolçusu Cenk Tosunun "Benfika"nın qapısına vurduğu qol "ən yaxşı" adına layiq görülüb.

İkinci yeri isə "Yuventus"un xorvatiyalı hücumçusu Mario Mancukiç tutub. Onun finalda "Real"ın qapısına vurduğu qol 19 faiz səs toplayıb.

"Real"ın hücumçusu Kriştianu Ronaldunun Lissabonun "Sportinq" komandasına qarşı oyunda vurduğu qol üçüncü yeri (13 faiz səslə) tutub.