ÇL: Mövsümün qolu müəyyənləşdi
UEFA Çempionlar Liqasında 2016/2017-ci il mövsümünün ən yaxşı qolu müəyyənləşib. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, "Yuventus"un futbolçusu - Mario Mandzukiçin final görüşündə Madrid "Real"ının qapısına vurduğu qol mövsümün qolu elan olunub.