ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu
Bu gün Çempionlar Liqasında 2017/2018-ci il mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi - "Qarabağ" da rəqibini tanıyacaq.
Mübarizəyə II təsnifat mərhləsindən qoşulacaq Ağdam klubu "səpələnmişlər" səbətində yer alıb. Bu isə o deməkdir ki, rəqib, nisbətən zəif olacaq.
Qeyd edək ki, püşk atma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
1. Vikinqur (Farer adaları) - Trepça (Kosova)
2. Hibernians (Malta) - İnfonet (Estoniya)
3. Alaskert (Ermənistan) - Santa Koloma (Andorra)
4. TNS (Uels) - Europa (Cəbəllütariq)
5. Linfild (Şimali İrlandiya) - La Fiorita (San Marino)
II təsnifat mərhələsi
APOEL (Cənubi Kipr) - Dudelanj (Lüksemburq)
Jalgiris (Litva) - Ludoqorets (Bolqarıstan)
Qarabağ (Azərbaycan) - Samtredia (Gürcüstan)
Partizan (Serbiya) - Buduçnost (Monteneqro)
2-ci cütün qalibi - Zalsburq (Avstriya)
Şerif (Moldova) - Kukesi (Albaniya)
Astana (Qazaxıstan) - Spartak (Latviya)
BATE (Belarus) - 3cü cütün qalibi
Jilina (Slovakiya) - Kopenhagen (Danimarka)
Hapoel (Beyer Şeva, İsrail) - Honved (Macarıstan)
Riyeka (Xorvatiya) - 4-cü cütün qalibi
Malmö (İsveç) - Vardar (Makedoniya)
Zrinski (Bosniya və Herseqovina) - Maribor (Sloveniya)
Dandalk (İrlandiya) - Rusenborq (Norveç)
Hafnarfyordur (İslandiya) - 1-ci cütün qalibi
5-ci cütün qalibi - Seltik (Şotlandiya)
Mariehamn (Finlandiya) - Legiya (Polşa)
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 27-28 iyun, cavab matçları isə 4-5 iyul tarixlərində baş tutacaq. II təsnifat mərhələsinin matçları isə 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.