ÇL: Turun ən yaxşısı bəlli oldu

Çempionlar Liqasında 2-ci turun ən yaxşı oyunçusu müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən onlayn sorğuda Madrid "Real"ının lideri Kriştianu Ronaldu bütün rəqiblərini qabaqlayıb. O, səslərin 35 faizini toplayıb. Neymar (PSJ) 2-ci, Harri Keyn  ("Tottenhem") 3-cü olub.

Qeyd edək ki, Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Borussiya" ilə oyunda (3:1) dubl edib.