ÇL: Turun ən yaxşısı bəlli oldu
Çempionlar Liqasında 3-cü turun ən yaxşı oyunçusunun adı müəyyənləşib. SportLine.az xəbər verir ki, UEFA-nın saytında aparılan onlayn səsvermədə "Liverpul"un üzvü Mohamed Salah bütün rəqiblərini üstələyib. O, səslərin 51%-nə yiyələnib.
Cenk Tosun (“Beşiktaş”) 2-ci, Kuinsi Promes ("Spartak") 3-cü olub.
Qeyd edək ki, misirli futbolçu Çempionlar Liqasının qrup mərhələsində “Maribor”la oyunda (7:0) iki qol vurub və bir məhsuldar ötürmə edib.