ÇL: Turun ən yaxşısı müəyyənləşdi

Çempionlar Liqasında 4-cü turun "ən yaxşı futbolçusu" müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Roma"nın hücumçusu Stefan El Şaravi "ən yaxşı" adına layiq görülüb.

Onlayn səsvermədə 60% istifadəçinin etimadını doğruldan italiyalı futbolçu Mohamed Salah ("Liverpul") və Alan Dzaqoyevi (MOİK Moskva) qabaqlayıb.

Qeyd edək ki, El Şaravi "Çelsi" ilə görüşdə (3:0) dubla imza atıb.