Conatan Deyvid Premyer Liqada çıxış edəcək

"Yuventus"un kanadalı futbolçusu Conatan Deyvid karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Nyukasl" və "Aston Villa" sözügedən oyunçu ilə yaxından maraqlanır.

Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.

Qeyd edək ki, C.Deyvid cari mövsüm meydana çıxdığı 46 matçda 8 qol, 5 asistlə yadda qalıb.