Corcina Ançelottinin Ronaldo ilə bağlı yazısını lağa qoydu

"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes "Real"ın baş məşqçisi Karlo Ançelottinin portuqaliyalı hücumçu ilə bağlı paylaşımına münasibət bildirib.

Sportline.az xəbər verir ki, bir müddət əvvəl mətbuatda 36 yaşlı hücumçunun Madrid təmsilçisinə qayıda biləcəyi ilə bağlı məlumatlar yayılmışdı. İtaliyalı mütəxəssis "Tvitter"də bu xəbərləri təkzib edib.

Ançelottinin Ronaldo ilə bağlı sözlərinin yer aldığı paylaşıma Corcina "Hahahahaha" şərhini yazıb.

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə "Real"da oynayıb.