Cordan Hendersonun yeni klubu bəlli olub

"Liverpul"un sabiq kapitanı Cordan Henderson karyerasını "Brentford"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Henderson son olaraq Niderlandın "Ayaks" klubunda çıxış edirdi.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2011-2023-cü illər ərzində "Liverpul"un şərəfini qoruyub.