Cüneyt Çakır "Avro-2016" ilə vidalaşdı
"Avro-2016" türkiyəli hakim Cüneyt Çakır üçün erkən başa çatıb.
SportLine.az goal.com-a istinadən xəbər verir ki, 40 yaşlı referi UEFA-nın qərarı ilə çempionatla vidalaşıb.
Daha öncə qrup mərhələsində Portuqaliya - İslandiya və Belçika - İrlandiya oyunlarını idarə edən türkiyəli hakimin turnirdə son matçı 1/8 finalın İtaliya - İspaniya görüşü olub. İtaliyanın 2:0 hesabı ilə qalib gəldiyi oyunda Çakırın idarəçiliyi yüksək qiymətləndirilib.
Qeyd edək ki, Çakır finalı idarə etməyə real namizədlərdən hesab olunurdu.