Dadaşov yenə qol vurdu
Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" ABŞ çempionatında növbəti matçına çıxıb.
Sportline.az xəbər verir ki, komanda 14-cü turda "Rio Qrande" il qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Yığmamızın üzvü də bu oyunun iştirakçısı olub. O, komandasının qollarından 1-ni vurub. Bu, onun yeni mövsümdə 4-cü qoludur.
Qeyd edək ki, 14 turdan sonra 32 xalla turnir cədvəlində liderdir.