Daha 3 futbolçu "Səbail"dən getdi

Topaz Premyer Liqasının bürünc mükafatçısı "Səbail" daha 3 futbolçu ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, komanda rəhbərliyi müqaviləsinin müddəti başa çatan Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberri ilə anlaşma imzalamayıb.

“Səbail” sosial şəbəkə vasitəsilə hər 3 futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.