Daha bir futbolçu dünyasını dəyişdi

Rumıniya millisinin sabiq müdafiəçisi Daniel Prodan dünyasını dəyişib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, 45 yaşlı rumın ürək tutmasından vəfat edib. Futbolçu həyatının əksər hissəsi “Styaua”ya bağlı olan Prodan 1994-cü il dünya və 1996-cı il Avropa çempionatında Rumıniya millisinin heyətindəki çıxışı ilə tanınırdı.