Daha bir futbolçu karyerasını bitirdi

Braziliya millisinin və “Roma”nın sabiq üzvü Mişel Bastos futbolçu karyerasını bitirib.

Sportline.az xəbər verir ki, M. Bastos bu barədə şəxsi instaqram səhifəsindən məlumat yayıb. Son olaraq Braziliyanın “Ameriko” komandasında çıxış edən Bastos sentyabrdan klubsuz idi.

Qeyd edək ki, 36 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Lion”, “Roma”, “Şaxtyor”, “Şalke” kimi klublarda çıxış edib. O, 10 dəfə formasını geyindiyi Braziliya millisində 1 qol vurub.