Daha bir milli Mundiala vəsiqəni rəsmiləşdirdi

DÇ-2018-ə daha bir vəsiqənin sahibi bəlli olub. SportLine.az xəbər verir ki, Afrika konfederasiyasında keçirilən CAR- Seneqal matçından sonra daha bir iştirakçı komanda müəyyənləşib.

Rəqibini iki cavabsız qolla üstələyən Seneqal Rusiyadakı Dünya çempionatında iştirak hüququ qazanıb.

DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 24-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya və Panama yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.