Daha bir ulduz futbolçu "Barselona"nın hədəfində

"Barselona" heyəti daha bir ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, söhbət "Milan"ın hücumçusu Rafael Leaodan gedir.

Bu haqda jurnalist Nikola Skira X sosial şəbəkəsində məlumat paylaşıb. 

Qeyd edək ki, portuqaliyalı futbolçunun milanlılarla müqaviləsinin müddəti 2028-ci ildə bitir. 

Onun transfer dəyəri 175 milyon avrodur.