Daha bir ulduz futbolçu koronavirusa yoluxdu
"Çelsi"nin futbolçusu Kristian Pulişiç İngiltərə Premyer Liqasının 2 -ci turunda "Arsenal"la oyunu buraxacaq.
Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Tomas Tuxel məlumat verib. O, yarımmüdafiəçinin koronavirusa yoluxduğunu və bu səbəbdən "Arsenal"la matçda iştirak etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, "Arsenal" - "Çelsi" görüşü avqustun 22-i keçiriləcək.