Daha iki klub Super Liqa ilə vidalaşdı

Türkiyə Super Liqasının 41-ci turunun oyunlarından sonra daha 2 komandanın I Liqaya düşəcəyi məlum olub.

Sportline.az xəbər verir ki, "Ankaragücü" və "Ərzurumspor" klubları bu tur məğlub olublar və aşağı liqaya düşüblər.

Daha öncə isə "Dənizlispor"un Super Liqa ilə vidalaşacağı dəqiqləşmişdi.

I Liqaya düşəcək 4-cü komanda son turda bilinəcək.