Daha iki komanda Dünya çempionatında!
2018-ci ildə Rusiyada keçiriləcək Mundialın daha iki iştirakçısı müəyyənləşib. SportLine.az xəbər verir ki, növbəti qələbələrini qazanan Almaniya və İngiltərə seçmələri təsnifat mərhələsinin sonuna bir tur qalmış vəsiqəni rəsmiləşdirib.
Qeyd edək ki, Rusiyanın meydan sahibi kimi qatılacağı Dünya çempionatında, Braziliya Cənubi Amerikadan, İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya Asiyadan, Meksika KONKAKAF-dan, Belçika, Almaniya, İngiltərə Avropadan iştirak hüququnu qazanıb.