Dakar Rallisi daha bir idmançının ölümünə səbəb olub

Çarles Falkon Səudiyyə Ərəbistanında təşkil olunan Dakar Rallisində həlak olub. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Tvin Traill" komandasının 45 yaşlı imdançısı Çarles Falkon 2-ci mərhələdə qəza keçirib. 

İspaniyalı motoskletçi Əl-Hennakiyah və Əl-Duvadimi şəhərləri arasındakı 448-ci km-də idarə etməni itirib.Çarles Falkon təcili olaraq xəstəxanaya yerləşdirilsədə idmançının həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Çarles Falkon Dakar Rallisində həyatını itirən 33-cü motoskletçi olub.