"Sportinq” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Portuqaliyanın “Sportinq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Lissabon təmsilçisi “Uotford”dan Nestori İrankundanı transfer edib. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İrankundanın transferi üçün “Uotford”a 17 milyon avro ödənilib.

Yarımmüdafiəçi Avstraliya yığmasının da üzvüdür. O, bu yay keçirilən dünya çempionatında 4 oyunda 1 qol vurub.