"Dallas Maveriks" tapşırığı vaxtından əvvəl yerinə yetirib

"Dallas Maveriks" NBA-nın pley-off mərhələsinə vəsiqəni təmin edib.

Sportline.az xəbər verir ki, dallaslılar bu tapşırığı müntəzəm çempionatın sonuna 3 tur qalmış yerinə yetiriblər.

Bu gün keçirilən oyunda "Şarlott Hornets"lə qarşılaşan Ceyson Kidin komandası 130:104 hesabı ilə qalib gəlib.

Matçın ən məhsuldar oyunçusu 39 xal, 12 ribaund, 10 asistlə Luka Donçiç olub.