"Dallas"-"Boston" oyunuda NBA finalları tarixindəki ən böyük hesablı üçüncü qələbə qeydə alınıb
NBA-da final mərhələsinin 4-cü oyununda "Dallas Mevriks" "Boston Seltiks"i 122-84 hesabı ilə məğlub edib.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, bu nəticə NBA finallarının ən böyük hesablı 2-ci qələbəsi olub.
İkinci sırada 2008-ci ildə keçirilən "Boston Seltiks"-"Los Anceles Leykers" oyunu qərarlaşır. Həmin görüş bostonluların 39 xal fərqlə qələbəsi ilə yekunlaşmışdı.
NBA finallarının ən böyük hesablı qələbəsi isə 1998-ci ildə "Çikaqo Bulls" və "Yuta Cazz" oyununda qeydə alınıb.Həmin vaxt "buğalar" 42 xal fərqlə qələbə qazanmışdılar.
Qeyd edək ki, dörd oyundan sonra final seriyasında hesab "Boston Seltiks"in xeyrinədir.3-1.Tərəflər arasında 4-cü matç iyunun 17-də Bostonda baş tutacaq.