Damaçımız beynəlxalq turnirdə üçüncü yeri tutub
Niderlandın Brünsum şəhərində 100 xanalı dama üzrə beynəlxalq turnirə yekun vurulub.
Sportline.az-a verilən məlumata görə, mötəbər yarışda ölkəmizi dəfələrlə Azərbaycan cempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, beynəlxalq usta Fərhad Hüseynov təmsil edib.
O, 86 damaçının İsveçrə sistemi üzrə mübarizə apardığı turnirdə 8 turdan 12 xal toplayaraq 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, avqustun 11-dən 16-dək Niderlandın Hoogeveen şəhərində də analoji beynəlxalq turnir keçirilir və Fərhad Hüseynov iki turdan sonra liderlər siyahısındadır.