Danimakalı futbolçu karyerasını "Ayntraxt" Frankfurtda davam etdirəcək

Bundesliqa komandalarında "Ayntraxt" Frankfurt "Lids Yunayted"də çıxış edən müdafiəçi Rasmus Kristenseni icarə əsasında heyətinə qatıb.

Sportline.az Bild.com-a istinadla xəbər verir ki, Almaniya klubu 27 yaşlı futboçu ilə 1 illik müqavilə imzalayıb.Klubdan verilən açıqlamada Kristensenin transferi üçün "Lids"lə bağlanan müqavilədə satın alma opsiyasının olduğu da bildirilib.

İngiltərə klubu ilə 2027-ci ilə qədər müqaviləsi olan oyunçu ötən mövsümü "Roma"da keçirib."Canavarlar"ın heyətində 31 oyuna çıxan Rasmus aktivinə 1 qol və 2 asist yazdırıb. 

Qeyd edək ki, Kristensen 2021-ci ildən Danimarka milli komandasının üzvüdür.