Danışılmış oyunlarla bağlı fövqəladə iclas olub

AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. İclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər. Aparılmış müzakirələrən sonra aşağıdakı qərarlar qəbul edilib:

1. Nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun.

2. AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilsin. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunsun.

3. AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülsün.

 

Banner