DÇ-2018: 30 vəsiqə sahibini tapdı
DÇ-2018-də iştirak edəcək bütün komandalar müəyyənləşməkdədir. SportLine.az xəbər verir ki, Mundialda iştirak edəcək 32 komandadan 30-nun adı artıq bəllidir:
AVROPA: Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka;
CƏNUBİ AMERİKA: Argentina, Braziliya, Kolumbiya, Uruqvay;
ŞİMALİ VƏ MƏRKƏZİ AMERİKA: Kosta-Rika, Meksika, Panama;
ASİYA: İran, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya;
AFRİKA: Misir, Nigeriya, Seneqal, Tunis, Mərakeş.
Digər vəsiqələr isə bu duellərdə müəyyənləşəcək:
15.11.2017 - Avstraliya - Honduras (ilk oyun: 0:0)
16:11.2017 - Peru - Yeni Zellandiya (ilk oyun: 0:0)