DÇ-2018: Avropada sonuncu vəsiqə sahibini tapdı
DÇ-2018-ə sonuncu vəsiqələr uğrunda "pley-off" görüşləri sona yaxınlaşır.
SportLine.az xəbər verir ki, bu gün Avropa konfederasiyasının sonuncu iştirakçısı bəlli olacaq. Bu vəsiqə uğrunda İrlandiya və Danimarka seçmələri mübarizə aparacaq.
İlk oyunda rəqib qapısına yol tapa bilməyən Danimarkanın işi daha çətindir. Doğma meydanda fərqlənə bilməyən skandinavlar bunu səfərdə etmək məcburiyyətindədirlər. İrlandiya isə yerli azarkeşlər önündə lazımi nəticəni qazanmaq əzmindədir.
14 noyabr 2017
DÇ-2018, "pley-off"
Cavab oyunu
23:45. İrlandiya – Danimarka 1-5
Qollar: Şeyn Daffi, 6 - Andreas Kristensen, 29; Kristian Eriksen, 32;63;74; Niklas Bendtner, 90
İlk oyun – 0:0