DÇ-2018: İki günə satılan bilet sayı
Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına bilet satışı davam edir. Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 14-16 noyabr tarixlərində aparılan satışda 622, 117 bilet sahibini tapıb.
Satışın ilkin mərhələsinin növbəti hissəsi bu gün başlanıb. FİFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, bu mərhələdə canlı növbələrdən istifadə olunacaq. Futbolsevərlər noyabrın 28-ə kimi bu hüquqdan yararlana bilərlər. Hələlik mundialın açılış və final oyunlarına biletlər satılmır. Satışın ikinci mərhələsinə dekabrın 1-də reallaşacaq püşkatmadan sonra start veriləcək.
Xatırladaq ki, Dünya çempionatı gələn il iyunun 14-dən, iyulun 15-dək Rusiyanın Moskva, Sankt-Peterburq, Volqoqrad, Kazan, Nijniy Novqorod, Samara, Saransk, Yekaterinburq, Soçi və Rostov şəhərlərindəki stadionlarda keçiriləcək.