DÇ-2018-in mükafat fondu məlumdur

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının mükafat fondu 400 milyon dollar olacaq.

Sportline.az xəbər verir ki, bu qərar FİFA Şurasının Hindistanda təşkil edilən iclasında qəbul olunub. 

DÇ-2014-də mükafat fondu 358 milyon dollar olub. Mundialın qalibi Almaniya 35 milyon dollar, finalçı Argentina 25 milyon dollar, bürünc mükafatçı Hollandiya isə 22 milyon dollar qazanıb. 

Qeyd edək ki, növbəti dünya çempionatı gələn il 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində təşkil olunacaq.