Xorvatiya və İsveçrə Mundiala bir qədər də yaxınlaşdı
Bu gün DÇ-2018-ə sonuncu vəsiqələr uğrunda keçiriləcək "pley-off" mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə Avropa zonasında iki qarşılaşma olacaq.
Azərbaycanla eyni qrupda mübarizə aparan Şimali İrlandiya seçməsi doğma meydanda İsveçrə ilə üz-üzə gələcək. Portuqaliyaya məğlub olaraq birbaşa vəsiqəni əldən verən İsveçrə futbolçuları məsələni "pley-off"da həll etmək niyyətindədirlər.
Digər oyunda isə Xorvatiya və Yunanıstan seçmələri münasibətləri birincilərin meydanında aydınlaşdıracaq.
09 noyabr 2017
DÇ-2018, "Pley-off"
Avropa zonası, ilk oyunlar
Şimali İrlandiya - İsveçrə - 0:1
QOL: Rikardo Rodrigez, 58/p. (0:1)
Xorvatiya - Yunanıstan - 4:1
QOLLAR: Luka Modriç, 13/p. (1:0); Nikola Kaliniç, 19 (2:0); Sokratis, 30 (2:1); İvan Perişiç, 33 (3:1); Andrey Kramariç, 49 (4:1)