DÇ-2018: "Pley-off" üçün səbətlər müəyyənləşdi

Gələn il Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edəcək daha 4 komandanı müəyyənləşdirəcək "pley-off" mərhələsi üçün səbətlər müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, bu mərhələdə iştirak hüququ qazanan 8 seçmə son reytinq cədvəlinə əsasən iki səbətə bölünüb:

1-ci səbət

İsveçrə
İtaliya
Xorvatiya
Danimarka

2-ci səbət

Şimali İrlandiya
İsveç
İrlandiya
Yunanıstan

Qeyd edək ki, "pley-off" matçları 9-14 noyabr tarixlərində keçiriləcək.