DÇ-2018: "Pley-off"da mübarizə aparacaq 8 komanda

DÇ-2018-in Avropa zonası üzrə təsnifat mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, Mundiala birbaşa vəsiqə qazanan komandalarla yanaşı, "pley-off"da iştirak edəcək millilərin də adları bəlli olub.

İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya Mundial şanslarını qoruyur.

Qeyd edək ki, Slovakiya seçməsi qrupda ikinci yeri tutsa da, ən pis göstəriciyə sahib olduğu üçün "pley-off"dan kənarda qalıb.