DÇ 2022: Millimizin oyununa Portuqaliya azarkeşləri niyə buraxılmayacaq?

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə sentyabrda baş tutacaq seçmə oyunlarına qonaq komandaların azarkeşləri buraxılmayacaq.

Sportline.az BBC-yə istinadən xəbər verir ki, bu barədə UEFA və FIFA qərar çıxarıb.

Qərar qitədə koronavirusa yoluxmanın artması ilə əlaqədardır. Oktyabr və noyabrdakı qarşılaşmalarla bağlı isə müzakirə aparılacaq.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan Azərbaycan millisi sentyabrın 1-də Lüksemburqun, 4-də İrlandiyanın qonağı olacaq, 7-də isə Portuqaliyanı qəbul edəcək.