DÇ: Millimiz Lüksemburqa məğlub oldu, Ronaldu Portuqaliyanı xilas etdi
Bu gün millimiz DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Canni de Byazinin baş məşqçisi olduğu komanda A qrupunun üçüncü turunda səfərdə Lüksemburqla qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda isə Portuqaliya evdə İrlandiyadan üstün olub - 2:1.
Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzub.
1 sentyabr
A qrupu
22:45. Lüksemburq – Azərbaycan - 2:1
Qollar: Pinto, 8 (1:0), Rodriqes, 28-pen. (2:0), Emin Mahmudov, 67 (2:1)
Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina)
Lüksemburq. “Stad Lüksemburq”
22:45. Portuqaliya - İrlandiya - 2:1
Qol: Eqan, 45 (0:1), Ronaldo, 89 (1:1), Ronaldo, 90+6 (2:1)
"Estadio Algarve"
1 | Portuqaliya | 4 | 3 | 1 | 0 | 8 | 4 | +4 | 10 | |
2 | Serbiya | 3 | 2 | 1 | 0 | 7 | 5 | +2 | 7 | |
3 | Lüksemburq | 3 | 2 | 0 | 1 | 4 | 4 | 0 | 6 | |
4 | İrlandiya | 3 | 0 | 0 | 3 | 3 | 6 | -3 | 0 | |
5 | Azərbaycan | 3 | 0 | 0 | 3 | 2 | 5 | -3 | 0 |