De Xeya "Yuventus"un hədəfindədir
"Fiorentina"nın qapıçısı David De Xeya "Yuventus"un radarına düşüb.
Sportline.az xəbər verir ki, bu haqda GOAL nəşri məlumat yayıb.
35 yaşlı futbolçunun "Fiorentina" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, De Xeyanın dəyəri 3.5 milyon avrodur.