De Yonq "Barselona"da qalmaq niyyətindədir

"Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonq klubda qalmaq niyyətindədir.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Kataloniya klubu ilə müqaviləsinin müddətini uzatmaq istəyir.

 De Yonqun "Barselona" ilə hazır ki sözləşməsi gələn ilin yayında başa çatacaq.

Qeyd edək ki, təcrübəli oyunçu 2019-cu ildən İspaniya klubunda çıxış edir.