“Denver Naqqets”dən inamlı qələbə

Bu mövsüm NBA-də çempionluğu hədəfləyən “Denver Naqqets” komandası növbəti yoxlama matçını keçirib.

Sportline.az xəbər verir ki, “Denver Naqqets” səfərdə “Minnesota Timbervulvs”la qarşılaşıb. Görüş “Denver” basketbolçularının 132:126 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ən məhsuldar basketbolçusu “Denver Naqqets”in oyunçusu Xuliyan Streyther olub. 33 xal 3 ribaund 2 asist.

“Minnesota”nın ən məhsuldar oyunçusu isə Luka Qarza olub. 29 xal 9 ribaund 1 asist.

Qeyd edək ki, “Denver”in ulduz basketbolçusu Nikola Yokiç 28 dəqiqə meydanda olub. 4 xal 7 ribaund 7 asistlə yadda qalıb.